Kreml: Rusiya Kiyevin neytral statusundan imtina etməyə hazır deyil

Rusiyanın Kiyevin neytral statusundan imtina etməyə və NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyə hazır olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, yanlış məlumatdır. Tamamilə həqiqətə uyğun deyil”, – Kremlin sözçüsü “Bloomberg”in məlumatını şərh edərkən deyib.

Qeyd edək ki, “Bloomberg” Kremlə yaxın mənbələrə istinadən Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması ilə bağlı danışıqlara, həmçinin Rusiyanın hazırda əlində olan ərazilər qalmaqla Ukraynanın NATO üzvlüyünə razılıq verməyə hazır olması barədə qeyri-rəsmi kanallar vasitəsilə ABŞ-a siqnallar göndərdiyini yazıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir