Kreml: Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi hələlik dayandırılıb

Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsinə hələlik fasilə verilib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Moskva ilə Kiyev arasında hərbi əsir mübadiləsinə hələlik fasilə verilib, lakin bu davam etdirilə bilər.

“Söhbət bundan gedir, lakin hələlik, görürsünüz, burada da müəyyən fasilə var. Bu, eyni zamanda, bu mübadilələrin davam etdirməyəcəyi anlamına gəlmir”, – Kremlin sözçüsü hərbi əsirlərin mübadiləsi və meyitlərin təhvil verilməsi ilə bağlı vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.\

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir