Kreml: Rusiya ABŞ-nin seçki proseslərinə müdaxilə etmək niyyətində deyil

Rusiya Federasiyası ABŞ-nin seçki proseslərinə heç vaxt müdaxilə etməyib və indi də müdaxilə etmək niyyətində deyil.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, ABŞ-nin seçki debatlarının Rusiya gündəmi ilə heç bir əlaqəsi yoxdur.

Peskov Kremlin ABŞ-da seçki debatları zamanı verilən bəyanatlarla tanış olacağını da deyib.

Kremlin sözçüsü Fransada seçki kampaniyasında danışıb, qeyd edib ki, Fransadakı seçki kampaniyasıın nəticəsi Moskvanı maraqlandırır, ancaq bu, Parisin daxili işidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir