Kreml Qırğızıstanda dövlət çevrilişinə cəhdlə bağlı məlumatlara münasibət bildirib

Kreml Qırğızıstanda dövlət çevrilişinə cəhdlə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Azinformasiya.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov gələn xəbərləri çox narahatedici adlandırıb.

“Əlbəttə ki, çox narahatedici xəbərlər gəlir. Ona görə də xəbərləri diqqətlə izləyirik. Bizdə daha ətraflı məlumat yoxdur”, – o söyləyib.

Bundan öncə məlum olub ki, bu gün Bişkekdə kütləvi həbslər olub. Saxlanılanların dövlət çevrilişinə hazırlaşdıqları bildirilir.

Qırğızıstan MTN saxlanılanlarla bağlı daha sonra məlumat verəcəyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir