Kreml: Qarabağın kimə məxsus olduğu həll edilib

Qarabağın kimə məxsus olduğu həll edilib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, əsas məsələ həll edilib, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb.

“İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün. Lakin nəzərə alsaq ki, Qarabağın kimə məxsus olması ilə bağlı əsas məsələ həll edilib. Bu, Ermənistanın Qarabağın Azərbaycana məxsus olmasını tanıması qərarı ilə həll olunub və nizamlanıb, o zaman demək olar ki, mühüm irəliləyiş təmin edilib”, – Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Peskov, həmçinin qeyd edib ki, bu müqavilə (sülh müqaviləsi-red.) üzərində işin yekunlaşması üçün çoxlu texniki məsələlər qalıb: “Ancaq bunun üçün bütün ilkin şərtlər mövcuddur və xoşməramlı iradə olsa, finişə çatmaq mümkün olacaq. Biz düşünürük ki, istənilən halda bu, Azərbaycan və Ermənistan xalqlarının, Qarabağda yaşayan və yaşayacaq ermənilərin maraqlarına uyğun olacaq”.

Rusiya prezidentinin mətbuat katibi bu gün Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin baş tutan görüşü barədə də danışıb: “Qarabağ ermənilərinin qanuni maraqları və təhlükəsizliyi təmin olunmalıdır. Bu cür anlayış Azərbaycan tərəfində var. Görürsünüz ki, Azərbaycan tərəfi özü bu görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi və bu görüşü təşkil edib. Ona görə də indi ümid var ki, bu danışıqlar nəticə verəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir