Kreml Qaqauziya rəhbərinin saxlanmasına münasibət bildirib

Kreml Qaqauziya rəhbəri Yevgeniya Qutsulun saxlanmasına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hakimiyyətinin Maya Sandunun rəqiblərinə açıq təzyiq üsullarından istifadə etdiyini deyib.

Onun sözlərinə əsasən, Moldova hakimiyyəti siyasi plüralizm və demokratiya prinsiplərinə məhəl qoymamaq taktikasını seçib.

“Kreml Qaqauziyanın rəhbəri Qutsulu həbs edən Moldova hakimiyyətinin hərəkətlərini qınayıb. Kişinyov bu cür üsullardan imtina etməlidir”, – deyə Putinin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir