Kreml: “Putinlə Ərdoğan arasında təmaslar hələ planlaşdırılmır”

“Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında hələ təmaslar  planlaşdırılmır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov iyulun 24-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, Putin və Ərdoğan arasında təmaslar hələ planlaşdırılmayıb, ancaq istisna da edilmir.

Qeyd edək ki, Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə 2023-cü il iyulun 18-də fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq istədiyini bəyan edib. Türkiyə, öz növbəsində, Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir