Kreml: Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir

Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Rusiya prezidentinin təhlükəsizliyi, eləcə də səfərlər vaxtı qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.

Qeyd edək ki, martın 5-də Putin Stavropol diyarına səfəri zamanı istixana kompleksinin işçiləri ilə nahar edib, ona şorba, kartof püresi və həmin istixanada yetişdirilən tərəvəzlər təqdim olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir