Kreml: Putinin qrafikində Ərdoğanla telefon danışığı yoxdur

Rusiya prezidenti Vladimir Putin hələ ki Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparmağı planlaşdırmır, ancaq lazım gələrsə, tez bir zamanda danışıq təşkil oluna bilər.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Telefon danışığının dəqiq tarixi yoxdur, hələ ki Putinin qrafikində türkiyəli həmkarı ilə telefon təması yoxdur. Lakin bilirsiniz ki, Putinlə Ərdoğan arasında danışıqlar bir neçə saat ərzində razılaşdırılır. Ona görə də burada heç bir problem olmayacaq”, – deyə Peskov qeyd edib.

“Taxıl sazişi”nin bərpası perspektivləri barədə danışan Kremlin sözçüsü vurğulayıb ki, Rusiya şərtlərinin yerinə yetirilməsi baxımından heç bir irəliləyiş yoxdur.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir