Kreml: Putinin Qələbə Günü atəşkəsi təklifinə Kiyevdən hələ də reaksiya verilməyib

Rusiya Prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümündə atəşkəs təklifinə Kiyevdən hələ də heç bir reaksiya verilməyib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Moskvanın Kiyevin atəşkəsə qoşulub-qoşmayacağı barədə heç bir fikri yoxdur.

Peskov Kiyevin Rusiyanın atəşkəs təşəbbüsünə birbaşa cavab verməkdən imtina etməsini manipulyasiya adlandırıb.

Kremlin sözçüsü vurğulayıb ki, Vladimir Putin dəfələrlə bildirib ki, Rusiya ilkin şərt olmadan danışıqlara başlamağa hazırdır. Ukraynadan hələ ki cavab yoxdur.

Peskov Kiyevin legitimliyi ilə bağlı çətinliklərin olduğunu, ancaq sülh yolu ilə nizamlanmanın maraqlarının hər şeydən üstün olduğunu bildirib: “Bu prosesə başlamaq lazımdır, bu, birinci dərəcəlidir, Zelenskinin legitimliyi ilə bağlı məsələ ikinci dərəcəlidir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir