Kreml: Putinin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı qərar yoxdur

Vladimir Putinin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı qərar yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Putinin namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun yaradılmasının başlanması və onun özünün namizədliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə əsasən, bununla bağlı hələlik heç bir qərar yoxdur.

Kremlin sözçüsü, həmçinin qeyd edib ki, Putinin Rusiya Federasiyasının seçki dairələrinin nümayəndələri ilə görüşü çərşənbə günü keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir