Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri gündəmdədir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Putinin Çinə səfəri gündəmdədir, ancaq səfərin dəqiq tarixləri müəyyənləşdiriləcək.
Kremlin sözçüsü vurğulayıb ki, Putinin Çinə səfəri zamanı gündəlikdə ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi olacaq. “İndi Rusiya-Çin münasibətlərinin yüksək dinamikası üçün tamamilə uğurlu məqamdır”, deyə Peskov diqqətə çatdırıb.
Azinformasiya.az