Kreml Putin və Trampın eyni təyyarədə Budapeştə getməsi ehtimalını fantastik adlandırıb

Nə Putin, nə də Tramp görüş üçün dəqiq vaxt təyin etməyiblər.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Putin-Tramp görüşü ciddi hazırlıq və vaxt tələb edir.

Peskov qeyd edib ki, Putin-Tramp görüşünün vaxtı ilə bağlı hələlik razılıq yoxdur: “Rusiya-ABŞ sammiti ciddi hazırlıq tələb edir, bunun üçün vaxt lazımdır, ona görə də dəqiq tarixlər müəyyən edilməyib”.

Kremlin sözçüsü Putin və Trampın eyni təyyarədə Budapeştə getməsi ehtimalına da münasibət bildirib. O, bunu “fantastik versiya” adlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir