Kreml: Putin və Tramp arasında Zelenski ilə görüş barədə razılıq əldə olunmayıb

Alyaskada Rusiya və ABŞ arasında çoxlu qarşılıqlı anlaşma əldə olunub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə əsasən, ABŞ prezidentinin müşaviri Stiv Vitkoffun səfərləri Putin və Tramp arasında Alyaskada söhbətin əsası olub və bunun əsasında prezidentlər gələcək addımlar barədə razılaşıblar.

Uşakov bildirib ki, Putin və Trampın Ankoricdə keçirilən sammiti zamanı Rusiya və Ukrayna nümayəndə heyətlərinin səviyyəsinin artırılması ideyası barədə danışılıb.

Kreml rəsmisi deyib ki, Putin və Tramp arasında Rusiya prezidenti ilə Zelenskinin görüşü və ya üçtərəfli görüş barədə razılıq əldə olunmayıb.

O, Ukrayna böhranı mövzusunun ŞƏT-in Tyantszin sammiti çərçivəsində müzakirə olunduğunu, Putinin bir çox həmkarları ilə Trampla Alyaskada keçirilən sammitdən sonra əldə olunan razılaşmaları müzakirə etdiyini də deyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir