İstanbuldakı danışıqlardan ani qərarlar və irəliləyişlər gözləmək lazım deyil.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqların yekununu şərh edərkən bildirib.
Onun sözlərinə əsasən, İstanbulda mühüm razılaşmalar əldə olunub, onlar həyata keçiriləcək.
Peskov deyib ki, Putin, Tramp və Zelenski arasında yaxın vaxtlarda görüş çətin ki, mümkün olsun, belə təmaslar texniki razılaşmaların nəticəsi olmalıdır: “Prezident Putin dəfələrlə ən yüksək səviyyədə təmaslara hazır olduğunu vurğulayıb və qeyd edibki, bu təmaslar texniki, ekspert səviyyəsində hazırlanacaq razılaşmaların nəticəsi olmalıdır. Prezident Putin təmaslar ideyasını dəstəkləyir, ancaq onların yaxşı hazırlanmalı olduğuna inanır”.
Kremlin sözçüsü Rusiya Federasiyasından memorandum layihəsi haqqında danışıb. Qeyd edib ki, memorandum Ukraynadakı münaqişənin əsas səbəblərini aradan qaldırmaq və davamlı nizama nail olmaq məqsədi daşıyır.
Azinformasiya.az