Kreml: Putin ötən axşam İstanbul danışıqlarında iştirak edəcək heyətlə müşavirə keçirib

Rusiya prezidenti Vladimir Putin ötən axşam Ukrayna məsələsi üzrə İstanbul danışıqlarında iştirak edəcək nümayəndə heyətinin üzvləri ilə müşavirə keçirib.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Dmitri Peskov açıqlayıb.

O deyib ki, iclasda xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, “Rosqvardiya”nın rəhbəri Viktor Zolotov, o cümlədən Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir