Kreml: Putin generala qarşı sui-qəsd cəhdi barədə məlumatlandırılıb

“Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatlar Prezident Vladimir Putinə məruzə edilir”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təhlükəsizlik xidmətləri hazırda işlərini görür və təbii ki, prezidentə hesabat verirlər”, – Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi Moskvanın şimal-qərbində baş verib. Naməlum şəxs onu güllələyib. Yaralanan general xəstəxanaya yerləşdirilib.

Müstəntiqlərin sözlərinə əsasən, 6 fevral 2026-cı ildə Moskvanın Volokolamskoye şosesindəki yaşayış binasında hələlik şəxsiyyəti məlum olmayan bir şəxs Müdafiə Nazirliyinin əməkdaşına bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Rusiya İstintaq Komitəsi qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir