Kreml Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında Soçidə keçiriləcək danışıqların gündəliyini açıqlayıb.
Azinformasiya.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin və Ərdoğanın Soçi görüşündə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinin, o cümlədən aktual beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Rusiya və Türkiyə prezidentlərinin görüşü sentyabrın 4-də keçiriləcək.
Azinformasiya.az