“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeniy Priqojinin təyyarə qəzasında ölümünü təsdiqləmək üçün genetik ekspertiza da daxil olmaqla digər ekspertiza rəyləri lazımdır, ancaq hələ rəsmi nəticələr yoxdur.
Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdən sonra jurnalistlərə bildirib.
Peskov diqqətə çatdırıb ki, Tver yaxınlığında baş verən təyyarə qəzasında Kremlin əli olması ilə bağlı iddialar tamamilə əsassızdır.
Onun sözlərinə əsasən, Priqojinin təyyarəsinin qəzaya uğraması, onun qəzada ölməsi ilə bağlı Kremlin ünvanına Qərbin irəli sürdüyü bütün fikirlər yalnız fərziyyədir.
Azinformasiya.az