Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə bəyanatına münasibət bildirərkən söyləyib.
“Moskva Paşinyanın bəyanatları ilə razılaşmır, Rusiya regionu tərk etməyə hazırlaşmır və tərk edə də bilməz. Rusiya Qarabağda təhlükəsizliyin zəmanətçisi rolunu oynamağa davam edəcək” – deyə Peskov diqqətə çatdırıb.
Kreml sözçüsü bildirib ki, Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, ancaq Baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq olmaz: “Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç bir yeri tərk edə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”.
Peskov Paşinyanı Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamağa da çağırıb.
Qeyd edək ki, Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionundan gedəcəyini qeyd edib.
“Bir gün biz yuxudan oyanacağı və görəcəyik ki, Rusiya burada yoxdur. Rusiya Cənubi Qafqazdan gedir”, deyə Ermənistan Baş naziri bildirib.
Azinformasiya.az