Moskva hələ ki, “Sülh Şurası” ilə bağlı mövqeyi barədə qərar verməyib.
Azinformasiya.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Rusiya Xarici İşlər Nazirliyi bu məsələ üzərində işləməyə davam edir.
Peskov vurğulayıb ki, Rusiya Qəzzaya 1 milyard dollar yardım ayırmaq qərarına gələn yeganə ölkə olaraq qalır və bunu unutmamaq vacibdir.
Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiya və ABŞ mümkün iqtisadi əməkdaşlığı müzakirə edirlər, ancaq Ukraynada razılaşma əldə olunana qədər hər hansı konkret detalların müzakirə olunması ehtimalı azdır.
Azinformasiya.az