Kreml: Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır

Moskva-Bakı münasibətləri indi özünün çətin dövrünü yaşayır.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, “həqiqətən, iki ölkə münasibətlərinin möhkəm təməli var, iki ölkənin maraqları üst-üstə düşür və qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var”.

“Lakin bəzən olur ki, münasibətlərdə çətin dövrlər olur. İndi bu dövrlərdən biridir. Ümid edirik ki, bu dövr geridə qalacaq”, – Kremlin nümayəndəsi qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir