İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək parad ərəfəsində MDB-nin qeyri-rəsmi sammiti planlaşdırılır.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qələbə Günü ərəfəsində Moskvada MDB-nin qeyri-rəsmi sammiti və bir çox digər ikitərəfli təmaslar planlaşdırılır”, – deyə Peskov qeyd edib.
Kremlin sözçüsü qələbənin 80 illiyi şərəfinə keçiriləcək parada dost olmayan ölkələrin başçılarının Moskvaya dəvət olunmayacağını da söyləyib:
“Biz qeyri-dost ölkələrin başçılarını dəvət etməyəcəyik. Dəvət olunanlar ilk növbədə MDB dövlətlərinin liderləri olacaq”.
Azinformasiya.az