Kreml Londonda Ukrayna ilə bağlı danışıqları şərh edib

Londonda Ukrayna ilə bağlı görüş tərəflərin bəzi məsələlərdə mövqelərini yaxınlaşdırmağa nail ola bilmədikləri üçün baş tutmayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Londonda ABŞ, Avropa ölkələri və Ukrayna arasında danışıqlarda təmsilçilik səviyyəsinin aşağı salınması ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

“Anladığımız qədər, heç bir məsələdə mövqeləri hələ də yaxınlaşdırmağa nail olunmayıb”, – Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya Ukrayna məsələsində ABŞ ilə təmasları davam etdirir: “Rusiya ABŞ-la təmasları davam etdirir, ancaq Avropa və Ukrayna ilə dialoq yoxdur”.

Trampın xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya yeni səfəri barədə danışarkən Kreml rəsmi qeyd edib ki, hələlik konkretlik yoxdur, vəziyyət axıcıdır, hər şey sürətlə dəyişir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir