Rusiya Federasiyasının xüsusi xidmət orqanları və dövlət qurumları öz funksiyalarını layiqincə yerinə yetirirlər.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov silahlı qiyam zamanı Kremlin Federal Təhlükəsizlik Xidmətinin işindən razı qalıb-qalmaması ilə bağlı suala cavabında bildirib.
Kremlin sözçüsü Krım rəhbəri Sergey Aksyonova sui-qəsd cəhdi ilə bağlı yayılan məlumatı da şərh edərkən vurğulayıb ki, Krımın rəhbəri Aksyonov döyüşçüdür və sui-qəsd onu qorxuda bilməz.
Azinformasiya.az