Kreml: Kiyevlə danışıqların yeri ilə bağlı qərar verilməyib

Ukrayna ilə mümkün danışıqların yeri ilə bağlı məsələ açıq qalır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vatikanda mümkün görüşün təşkili ilə bağlı sualları cavablandırarkən deyib.

Kreml sözçüsü növbəti danışıqların yeri ilə bağlı qərarın hələ verilmədiyini qeyd edərək, bunun bütün maraqlı tərəflərin verməli olduğunu bildirib.

Qeyd edək ki, Roma Papası XIV Leo Ukraynadakı münaqişənin həllinə kömək etməyə hazır olduğunu bildirib və sülh danışıqları üçün mümkün məkan kimi Vatikanı təklif edib. Təşəbbüsü ABŞ prezidenti Donald Tramp dəstəkləyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir