Ukrayna “Taxıl sazişi” çərçivəsində təşkil edilən dəhlizlərdən hərbi məqsədlər üçün istifadə edib.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Kiyev iyulun 17-də Krım körpüsünə hücum etmək üçün bu dəhlizlərdən istifadə edibmi sualını cavablandıran Kreml sözçüsü bu barədə konkret heç nə deməyəcəyini diqqətə çatdırıb: “Lakin bilirsiniz ki, bizim hərbçilər dəfələrlə Ukraynanın taxıl dəhlizlərindən hərbi məqsədlər üçün istifadə etdiyini açıqlayıblar”.
Azinformasiya.az