İstintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb.
Peskov Kremlin Bakının Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatlarını gördüyünü, ancaq qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etməyəcəyini açıqlayıb.
“Əlbəttə, bunu görmüşük. Lakin bir daha təkrar edirəm, dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik, informasiya yalnız onlardan gələ bilər”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Azinformasiya.az