İsrailin Suriyada İran səfirliyi kompleksinin yerləşdiyi diplomatik kvartala zərbə endirməsi beynəlxalq hüquq normalarını pozan təcavüz aktıdır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz nəticə çıxarmağa tələsməzdik, ancaq istənilən halda bu cür zərbələrin həyata keçirilməsi beynəlxalq hüququn pozulması və təcavüz aktıdır”, – Kremlin sözçüsü İranın Dəməşqdəki səfirliyinə endirilən zərbəni şərh edərkən vurğulayıb.
Azinformasiya.az