Kreml: Fransanın Ukraynaya hərbçi göndərməyə hazır olması ilə bağlı bəyanatları təhlükəlidir

Rusiya kəşfiyyat xidmətləri uzun müddətdir Ukraynada NATO ilə əlaqəli şəxslərin olması barədə məlumatlara malikdir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Fransanın Ukraynaya qoşun göndərməyə hazır olan ölkələrin koalisiyasını yaratmaq cəhdlərini çox təhlükəli adlandırıb.

“Parisin Ukraynaya hərbçi göndərməyə hazır olması ilə bağlı bəyanatları arzuolunmaz nəticələrə gətirib çıxara biləcək təhlükəli xətdir. Rusiya uzun müddətdir ki, NATO ilə birbaşa əlaqəli şəxslərin Ukrayna ərazisində olması barədə məlumatlıdır”, deyə Kreml sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir