Kreml: Fransa Prezidenti Ukraynaya kontingent yerləşdirmək istəyir

Kreml Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Fransa prezidentinin Rusiyaya qarşı çox ziddiyyətli çıxışı olub.

“Makronun sözlərindən belə çıxır ki, o, atəşkəsdən sonra Ukraynaya kontingent yerləşdirmək istəyir. Əslində, söhbət müəyyən kontingentin qarşıdurma şəraitində yerləşdirilməsindən gedir. Rusiya bununla razılaşa bilərmi? Bu sualı birbaşa cavablandırmamaq da olar. Çünki cavab tamamilə aydındır”, Kremlin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir