Kreml Davosda keçirilən Rusiya və ABŞ nümayəndələri arasında görüşün təfərrüatlarını açıqlamaqdan imtina edib.
Azinformasiya.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə Davosda Amerika nümayəndələri ilə keçirilən görüşün təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, Davosda Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
“Rusiya Ukrayna nizamlanması ilə bağlı ABŞ, Avropa İttifaqı və Ukrayna müzakirələrinin yekunları ilə bağlı informasiya gözləyir və Moskva bu informasiyanı vaxtında almağa ümid edir. Rusiya üçün ABŞ, Aİ və Ukraynanın nizamlanma ilə bağlı təkliflərini eşitmək vacibdir”, – Kreml rəsmisi vurğulayıb.
Azinformasiya.az