Kreml Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşünü şərh edib

Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yardım alqışlana bilər.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardım yalnız Rusiya Federasiyası ilə birlikdə imzalanmış üçtərəfli sazişlər əsasında olduqda alqışlana bilər, çünki onlara alternativ yoxdur.

“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına istiqamətlənmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur. Müvafiq olaraq, hələlik bu üçtərəfli sənədlər alternativsizdir. Əlbəttə ki, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən yardımı alqışlamaq olar. Lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandırmaq məqsədilə gələcəkdə nəticə verməyə biləcək müxtəlif cəhdlər olur. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir”, – deyə Kremlin sözçüsü ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edərkən vurğulayıb.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir