Kreml Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini öz ərazisindəki fəaliyyəti adlandırıb.
Azinformasiya.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qarabağdakı vəziyyət barədə danışarkən bildirib ki, de-yure söhbət Bakının öz ərazisindəki hərəkətlərindən gedir.
Onun sözlərinə əsasən, Moskva Ermənistanın Qarabağla bağlı öz ünvanına qınaqlarını qəbul etmir:”Bunlar əsassızdır”.
Kreml rəsmisi Rusiya lideri Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqların vaxtı ilə bağlı razılığa gəlməyi gözlədiklərini, Azərbaycan Prezidenti İlham Əliyevlə təmasların hələ nəzərdə tutulmadığını, lazım gələrsə, razılaşdırıla biləcəyini də vurğulayıb.
Azinformasiya.az