Kreml Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda keçiriləcək görüşünə münasibət bildirib

Kreml Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvanda keçiriləcək görüşünə münasibət bildirib.

 

Azinformasiya.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşlərinin Qarabağda təhlükəsizliyin təmin edilməsinə və həyatın normallaşmasına kömək edəcəyinə ümid etdiyini deyib.

Peskov regiondakı Rusiya sülhməramlılarının fəaliyyəti barədə də danışıb. O, qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlıları əsl qəhrəmanlıq göstərirlər, heç kim onları öz vəzifələrini yerinə yetirməməkdə qınaya bilməz.

Kremlin sözçüsü, həmçinin qeyd edib ki, hələlik Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti barədə danışmaq mümkün deyil.

Peskov hələlik Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün təşkili ilə bağlı konkret planların olmadığını da bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir