Avropa sülh tərəfdarı deyil.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Avropa ancaq Kiyevi müharibəni davam etdirməyə təhrik edir.
Kreml rəsmisi Rusiya-ABŞ sammitində hansısa Avropa İttifaqı ölkəsinin iştirakından danışmağın tez olduğunu vurğulayıb.
Peskov həmçinin qeyd edib ki, Rusiyanın ABŞ-la sammitə hansı təkliflərlə gedəcəyini “meqafon rejimi”ndə səsləndirməsi mümkün deyil, çünki bu, danışıqlar prosesinə xələl gətirəcək.
Azinformasiya.az