Kreml: ABŞ prezidentliyinə namizədlərin Rusiya liderinin soyadını çəkməsi xoşumuza gəlmir

Kreml ABŞ prezidentliyinə namizədləri Rusiya prezidentinin soyadından istifadə etməməyə çağırıb.

 

Azinformasiya.az  xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris arasında keçmiş debatı şərh edərkən bildirib.

O, ABŞ prezidentliyinə namizədlərin Putinin soyadından ölkədə daxili siyasi mübarizədə alətlərdən biri kimi istifadə etməkdə ittiham edib.

“Təbii ki, hər iki namizədin prezidentimizin adını çəkdiyini, ölkəmizin adını çəkdiyini müşahidə etdik. Putinin soyadı ABŞ-nin daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur. Bu, həqiqətən də xoşumuza gəlmir və hələ də ümid edirik ki, prezidentimizin adını rahat buraxacaqlar”, – Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, Tramp debat zamanı Putin və Rusiyanın adını 15 dəfədən artıq çəkib, Harris isə Putinin adını 4 dəfə xatırladıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir