Kreml: ABŞ-nin hərbi yardımı dayandırması Ukraynanı sülh prosesinə doğru sövq edə bilər

Əgər ABŞ həqiqətən də Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlsə, bu, Ukraynanı sülh prosesinə doğru irəliləməyə sövq edə bilər.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünkü brifinqində bildirib.

Onun sözlərinə əsasən, Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmaq qərarının təfərrüatlarını hələ öyrənmək lazımdır.

“Sözsüz ki, hələ də detalları dəqiqləşdirmək lazımdır, ancaq bu doğrudursa, bu, həqiqətən də Kiyev rejimini sülh prosesinə doğru sövq edə biləcək qərardır”, – Kreml sözçüsü vurğulayıb.

Qeyd edək ki, martın 3-də “Reuters“ Ağ Evin sözçüsünə istinadən ABŞ prezidenti Donald Trampın Kiyevə bütün hərbi yardımların çatdırılmasını dayandırmaq barədə göstəriş verməsi ilə bağlı məlumat yayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir