Kreml ABŞ-ın Venesuela ətrafında vəziyyəti gərginləşdirməyəcəyinə ümid edir

Moskva Vaşinqtonun Venesuela ətrafında vəziyyəti gərginləşdirə biləcək heç bir addım atmayacağına ümid edir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O, Rusiyanın ABŞ-ın beynəlxalq hüquqa uyğun hərəkət edəcəyini söyləyib.

“Ümid edirik ki, Karib dənizində və Venesuela ətrafında vəziyyəti qeyri-sabitləşdirə biləcək heç bir addım atılmayacaq. Hər şey beynəlxalq hüquqa uyğun olacaq”, – Kremlin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir