Kreml ABŞ-ın Hörmüz boğazını blokadaya almasına münasibət bildirib

ABŞ-ın Hörmüz boğazını blokadaya alması beynəlxalq bazarlara mənfi təsir göstərəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, ABŞ-ın Hörmüz boğazını blokadaya alması ilə bağlı bir çox detalın hələ də aydın olmadığını deyib.

Kreml rəsmisi İran ətrafındakı vəziyyət barədə də danışıb. O qeyd edib ki, Rusiya İran ətrafında gərginliyi azaltmaq üçün hər cür xidməti göstərməyə hazırdır.

Peskov ölkəsinin İrandan zənginləşdirilmiş uranı qəbul etmək təklifinin açıq qaldığını, ancaq bu təklifin hələ də müzakirə olunmadığını əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir