Koronavirusun yayılması fonunda neftin qiyməti azalır

Ötən həftənin cümə günü alış-verişi mart ayından bəri ən yüksək səviyyəyə çıxan neft qiymətləri bazar ertəsi ABŞ-da və digər ölkələrdə COVID-19 xəstələrinin sayının artmağa davam etməsi fonunda azalıb.

Azinformasiya.Az “İnterfaks”a istinadən xəbər verir ki, mütəxəssislər bazarın gələcək istiqamətinin əsasən koronavirusa qarşı peyvəndlərin tətbiqinin nə dərəcədə sürətli olacağından asılı olacağını bildirir.

“Bloomberg” agentliyi yazır ki, əksər ABŞ vətəndaşları 2021-ci ilin ikinci rübünə qədər peyvənd oluna biləcəklər.

Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti bazar ertəsi Bakı vaxtı ilə səhər 09:20-də 49,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,23 ABŞ dolları (0,47%) azdır. Cümə günü fyuçerslər 0,54 ABŞ dolları (1,1%) dəyər qazanaraq bir barel üçün 49,25 ABŞ dollarına çatmışdı.

Nyu York Ticarət Birjasındakı (NYMEX) elektron ticarətdə WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti bu ana qədər 46,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki ticarət səviyyəsindən 0,25 ABŞ dolları (0,54%) azdır. Cümə günü fyuçerslər 0,62 ABŞ dolları (1,4%) bahalaşaraq bir barel üçün 46,26 ABŞ dollarına yüksəlmişdi.

Son həftə ərzində “Brent” markalı neft 2,1%, WTI isə 1,6% bahalaşıb. Keçən həftə bazar OPEC+ ölkələrinin nümayəndələrinin görüşünün nəticələri, eləcə də ABŞ-ın yaxın vaxtlarda iqtisadiyyatı dəstəkləmək üçün növbəti tədbir paketi qəbul edə biləcəyinə dair siqnallar ilə dəstəklənmişdi.

OPEC+ dövlətləri 2021-ci ilin yanvar ayından etibarən hasilatı planlaşdırıldığı kimi 2 milyon barel/gün yox, yalnız 0,5 milyon barel/gün artırmaqla bağlı razılıq əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir