Kolumbiyada torpaq sürüşməsi nəticəsində 18 nəfər ölüb

Kolumbiyanın şimal-qərbində Çoko regionunda torpaq sürüşməsi nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.

 

Azinformasiya.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Medellin və Quibdo şəhərlərini birləşdirən yol sürüşmə nəticəsində zədələndikdən sonra müvəqqəti olaraq bağlanıb.

Vitse-prezident Fransia Markes “X” hesabında bildirib ki, hökumət vəziyyəti nəzarətdə saxlayır.

Sürüşmənin səbəbi son 24 saat ərzində yağan güclü yağışlarla əlaqədardır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir