Gürcüstan parlamenti hökumətin tərkibinə etimad göstərib.
Azinformasiya.az xəbər verir ki, parlament yekdilliklə Baş nazir namizədi İrakli Kobaxidzenin təqdim etdiyi yenilənmiş Nazirlər Kabinetinə etimad göstərib.
Sessiyada iştirak edən 84 deputat lehinə səs verib. Yeni hökumətin tərkibində yalnız üç nazir postuna dəyişiklik edilib, bunlardan biri xarici işlər naziridir. Sabiq XİN başçısı İliya Darçiaşvilini Maka Boçorişvili əvəz edəcək.
Azinformasiya.az