Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, baş nazir Kiyevin addımının siyasi motivli olmadığını qeyd edib.
O, həmçinin qeyd edib ki, bu qərar Ukrayna səfirliyinin nümayəndəsinin məişət əşyaları satın alması ilə əlaqədardır və Ukrayna hökuməti müharibə dövründə belə satınalmanı yersiz hesab edib.
“Bu qərar 2022-ci ildə səfirin siyasi motivlə geri çağırılması ilə eyni xarakter daşımır”, – Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Ukrayna XİN rəhbəri Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixaylo Karişini geri çağırıb. Sibiqa bu barədə “Facebook” paylaşımında bildirib.
Azinformasiya.az