Kobaxidze Qazaxıstana səfər edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstana rəsmi səfərə gedib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, Kobaxidze iki günlük səfər çərçivəsində Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə təkbətək və geniş tərkibdə görüşəcək. İrakli Kobaxidzeni, eyni zamanda Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev qəbul edəcək.

Hökumət rəhbərini səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili , xarici işlər naziri Maka Boçorişvili və digər nazirlər müşayiət edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir