Makronun Albaniyada mənə dedikləri bəyanatla əsaslı ziddiyyət təşkil edir, bu onu göstərir ki, insanlar müstəqil qərar qəbul edə bilmirlər.
Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Veymar üçbucağı”nın Gürcüstanla bağlı ötən günkü bəyanatına münasibət bildirərkən deyib.
O, Fransa, Polşa və Almaniya liderlərinin 26 May Gürcüstanın Müstəqillik günü münasibətilə bəyanatının Avropada “dərin dövlət”in güc əldə etməkdə olduğunu göstərdiyini deyib.
“Belə bir bəyanatın 26 Mayda verilməməsi sadəcə etiket məsələsi deyil. 26 May təntənəli bir gündür və təntənəli günlərdə adətən təbrik məktubları göndərilir və təbrik bəyanatları səsləndirlir. Onlar hətta protokola və etiketə belə riayət etmirlər. Bu onu göstərir ki, onlar obyektiv maraqlar əsasında hərəkət etmirlər, onlar öz maraqlarına cavab verməyən xətt üzrə hərəkət etməlidirlər. Bu təəssüfdoğurucudur. Makronun mənə Albaniyada dedikləri səsləndirilən bəyanatla əsaslı ziddiyyət təşkil edir. Bu, eyni zamanda onu göstərir ki, insanlar müstəqil qərar verə bilmirlər. Avropa ölkələri üzərində çox ciddi təsir var. Müvafiq olaraq bütün bunlar çaşqınlığa səbəb olur”, – Kobaxidze deyib.
Qeyd edək ki, “Veymar üçbucağı” ölkələrinin liderləri – Fransa Prezidenti Emmanuel Makron, Polşa Prezidenti Donald Tusk və Almaniya kansleri Fridrix Merzin birgə bəyanatında Gürcüstan hökuməti müxalifətə və vətəndaş cəmiyyətinə qarşı repressiyada ittiham edilib, gürcü xalqının Avropa istəyinin dəstəkləndiyi qeyd edilib. Bəyanatda həmçinin Gürcüstanda Avropa standartlarına zidd qanunların dəyişdirilməli olduğu vurğulanıb.
Azinformasiya.az