Kobaxidze İtaliyaya səfər edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İtaliyaya səfər edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası yayıb. Bildirilib ki, səfər çərçivəsində hökumət başçısı Gürcüstanın Milandakı Baş Konsulluğunun rəsmi açılış mərasimində iştirak edəcək.

İrakli Kobaxidzeni səfərdə onun birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri Maka Boçorişvili, mədəniyyət naziri Tinatin Ruxadze müşayiət edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir