Kobaxidze: Gürcüstanda “Ukrayna ssenarisi”nə imkan verilməyib

Müəyyən qüvvələrin Gürcüstanda “Ukrayna ssenarisi”nin tətbiqi üçün cəhdləri baş tutmayıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə əsasən, Gürcüstanın güzəştsiz mövqeyi və mübarizəsi sayəsində ölkə üçün neqativ ssenaridən xilas olmaq mümkün olub.

“Bu, böyük səylər tələb etdi. Gürcüstanda sülhün qorunub saxlanılması üçün mübarizə apardığımıza görə güclü təzyiqlər və ədalətsiz yanaşmalarla üzləşdik. Bizim etdiklərimizi təəssüf ki, dost ölkə olan Ukrayna edə bilmədi. Bu çox faciəvi hadisədir. Müharibənin acınacaqlı humanitar nəticələri hamıya məlumdur”, – Kobaxidze vurğulayıb.

Baş nazir qeyd edib ki, Gürcüstan əmin-amanlığın və bundan sonrakı iqtisadi inkişafın qorunub saxlanılması üçün mübarizəni davam etdirməlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir