Kobaxidze: Gürcüstanda hökumətin formalaşdırılması prosesi başa çatıb

Dünən 12 nazir təyin edilib və bununla da 26 oktyabr parlament seçkiləri əsasında yeni hökumətin formalaşdırılması prosesi başa çatıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Hökumət başçısı 14 dekabrda ölkədə prezident seçkilərinin keçiriləcəyini, bundan sonra isə bütün konstitusion orqanların gürcü xalqının çoxluğunun iradəsinə uyğun olaraq komplektləşdiriləcəyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir