Kobaxidze: Gürcüstana qarşı sanksiyalar səmərəsizdir

Gürcüstana qarşı sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, sanksiya tətbiq edilən iki yüksək vəzifəli polis zabitinin 2008-ci ildə Rusiyaya qarşı müharibədə iştirak etdiyini qeyd edib.

“Sanksiyalar səmərəsizdir, 2008-ci il müharibəsində iştirak edən iki yüksək vəzifəli polis zabiti də sanksiyalara məruz qalıb. Bu cür qərar verənlər belə səhvlərə yol verməməlidirlər. Hər kəs görür ki, sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək”, – deyə Kobaxidze vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir